Uşaqlıq yolundan ifrazat qadını ginekoloqa aparan ən birinci səbəb və şəxsi, sosial və cinsi həyatına təsir göstərən narahatlıqdır.

Həyatın istənilən hər bir dövründə qarşınıza çıxabilməklə  yanaşı ən çox döllənmə çağında olan cinsi baxımdan  aktiv qadınlarda müşahidə edilir.

İfrazatlarla bağlı ən mühüm məsələ anormal ifrazatı normal ifrazatdan fərqləndirmək və buna səbəb olan yalnış şəxsi vərdişlər və gigiyenik səhvlərdən imtina etməkdir.

Normal ya da Fizioloji axıntı nədir?

Uşaqlıq yolu normada nəmli olur. Uşaqlıq yolu divarlarındakı və uşaqlıq boynunun uşaqlıq yolu hissəsində olan vəzilərdən ifraz olunan selik bu nəmliyi təmin  edir.

Normal hesab edilən ya da fizioloji deyilən ifrazatlarlar qoxusuz, şəffaf və seliyə bənzər qatılıqda olan axıntılardır. Bu ifrazatlar ovulyasiya deyilən mayalanma dövrü kimi estrogen yəni, qadınlıq hormonunun yüksəldiyi dövrlərdə artırlar. İki menstruasiya tsikli arasında bu ifrazatlarda müəyyən miqdar artım ola bilər. Eyni şəkildə menstruasiyadan əvvəl də ifrazatda cüzi miqdarda artımın olması normal haldır.

Həmçinin cinsi aktivlik zamanı vaginanı əhatələyən vəzlərdən ifraz edilən və əlaqəni rahatlaşdıran, sürüşkənliyi artıran, özünə məxsus kəskin olmayan qoxusu olan və krem-ağ rəngli maye yenə də fiziolojidir.

Hamiləlik dövründə uşaqlıq boynunda olan vəzilərin hamiləlik hormonlarının təsiri ilə aktivliyinin artması səbəbi ilə  krem-ağımtıl rəngli olan axıntılar da normaldır.

Vərdiş edilən vaginal axıntının miqdarı,qatılığı və digər xüsusiyyətləri dəyişdikdə mütləq həkimə müraciət etməlisiniz. Menstruasiya  dövrünə  yaxınlaşdıqca uşaqlıq yolu ifrazatında qoxu və rəngin tündləşməsi ola bilər. Bu menstruasiya qanaxmasını əmələ gətirən hormonların bu dövrdə yaratdığı təsirdir.

Tez-tez baş verən və mütləq müalicə edilməsini lazım olan uşaqlıq yolu ifrazatları mikrob əsaslıdırlar, yəni narahat edici axıntıların əsası bir infeksiyadır, amma bu sahədə alınacaq əsas tədbirlərə baxabilərik:

  1. Əlaqədən və menstrual qanaxma başa çatdıqdan sonra vaginanın içərisi yuyulmamalıdır, yəni vaginal duş vərdişlərindən imtina edilməlidir. Bu prosedura vagina daxilində olan və əksəriyyətini laktobasillər deyilən mikroorqanizmlərin  təşkil etdiyi təbii şəraiti, yəni  “floranı” pozur və infeksiyaların yaranmasına şərait yaradır. Əgər hər hansı bir təmizlik ediləcəksə, vaginanın xarici ilıq, duru, təmiz su ilə ya da bu məqsədlə hazırlanan pH-ıyəni turşuluğu münasib məhlul ilə yuyula bilər. Yuyulduqdan sonra vaginanın girişi qurulanmalıdır.
  2. Diqqət ediləcək əsas məqamlardan biri də təmizlik mütləq öndən arxaya tərəf edilməlidir !!!
  3. Hovuz, sauna, vanna kimi istifadə edilən yerlərin təmizliyindən əmin olmaq lazımdır. Bu yerlərdən də infeksiyaya yoluxma ehtimalı vardır. Hamam, hovuz, sauna və idamndan sonra nəm,  tərli paltar və ya çimərlik geyimləri uzun müddət bədəndə qalmamalıdır.
  4. Genital nahiyənin nəm qalmaması baxımından diqqət ediləcək ən mühüm məqamlar arasında duş, tualet, hovuz, dəniz işlərindən sonra bu nahiyənin yaxşıca qurulanması və lazım olarsa, saç qurudanın minimal temperaturunda genital nahiyənin qurudulması infeksiyaların qarşısının alınmasında böyük əhəmiyyət kəsb edir.
  5. Əgər çox partnyorlu cinsi həyat olarsa, mütləq prezervativdən istifadə edərək qorunmaq lazımdır.
  6. Alt paltarlar mümkün olduğu qədər pambıq  kimi təbii maddələrdən olmalıdır.
  7. Vaginal tampon və gigiyenik bezlər tez-tez dəyişdirilməlidir (ən çox 6 saat qalabilər). Vaginal tamponlar düzgün istifadə edildikləri zaman vaginanın təbii mühitini  pozmurlar.  Lakin uzun müddət qaldıqda ciddi infeksiyalara səbəb ola bilirlər.
  8. Menstruasiya dövründə cinsi əlaqənin qadağan olunması  üçün kifayət qədər tibbi səbəbin olmamasına baxmayaraq, özünüzü bu dövrdə narahat hiss edirsinizsə,  yoldaşınızla daşınaraq qanaxmanın olduğu dövrdə  cinsi əlaqəni təxirə sala bilərsiniz.
  9. Genital sistem infeksiyalarının menstrual qanaxma dövründən sonra yarandığı düşünüldüyü üçün bu cəhətdən risk altında olan qadınlar (daha əvvəl mövcud olmuş infeksiya,  çox partnyorlu həyat və ya ərin çox partnyorlu həyat yaşamağı kimi) bu  dövrdə cinsi əlaqədən uzaq durmalıdırlar.
  10. Xoşagələn qoxu məqsədi ilə vagina ağzında dezodorant ətir və ya sabunlardan (neytral PH-lı  və həkim məsləhəti ilə alınanlar istisna olmaqla)  istifadə edilməməlidir.
  11. Dar şalvar və  sıx alt paltarları tez-tez istifadə olunmamalıdır.

Şəkər xəstəliyi olan şəxslər nəzarətdə saxlanılmalıdır. Şəkər xəstəliyinin ilk əlaməti bəzən bu cür keçməyən qaşıntılı ifrazatlar da ola bilər.

Vagina içində olan laktobasillərin şəkərdən turşu əmələ gətirmələri üçün yumurtalıq hormonları, xüsusilə də estrogen hormonu lazımdır. Estrogen homonunun azaldığı hallarda məs, menapauza dövründə vaginada laktobasillər azaldığı üçün   turşuluq azalır və patogen  mikrobların əmələ gəlmələri üçün şərait yaranır. Dolayısıyla qadının infeksiyaya yoluxma ehtimalı artır.

Həmçinin hər hansı bir səbəbdən istifadə olunan antibiotiklər də laktobasilləri öldürərək vaginada göbələk və digər  bakteriya infeksiyalarının yaranmasınaşərait yaradır.  Dolayısıyla antibiotik qəbul edən qadınların müalicəsinin başa çatmasından sonra qaşıntıdan şikayət etmələrinə tez –tez rast gəlinir.

Vaginal infeksiyalar (iltihablar) arasında ən çox rast gəlinənlərdən biri göbələk infeksiyalarıdır.

Cinsi əlaqə ilə yoluxan xəstəliklərin əsasında bir çox amil vardır, bakteriyalar, viruslar, parazitlər, bəzi göbələk növləri və xarici parazitlər. Lakin bu məqamda bir şeyi xatırlamaq lazımdır. Unutmaq lazım deyil  ki, siyahıda göstərilən patogen mikrobların bəziləri başqa yollarlada yoluxa bilər(göbələk infeksyası, trixomonias, HIV, HepatitB və HepatitC).

Hər şeydən vacibi  müntəzəm olaraq skrininq məqsədli  smear testi (pap-testi)  edilməlidir. Çünki anormal ifrazatın olduqca nadir, lakın ən qorxulu səbəbi  uşaqlıq və uşaqlıq boynu xərçəngləridir (http://familia.az/?p=396)

Unutmayın, əgər qaşıntı,ifrazat kimi şikayətləriniz varsa, mütləq ginekoloqunuza müayinə olunmalısınız. Bu infeksiyalar  başqalarından eşidilən məlumatlarla və başqalarının təcrübələri ilə müalicə ediləcək bir hal deyildir. Belə davranaraq bəlkə də, çox sadə bir infeksiyanın xronikləşməsinə, müalicə müddətinin uzamasına və daha da əhəmiyyətlisi sizdə bərpası mümkün olmayan zərərlərə səbəb olacaqsınız.

Turab Canbaxışov