Histeroskopiya uşaqlıq daxilinə baxmanın bir üsuludur. Histeroskop adlanan cihaz ilə uşaqlıqla bağlı problemin diaqnozunu qoymaq və ya müalicəsini etmək mümkündür. Histeroskopiya həkim müayinə otağında və ya xəstəxanaların əməliyyatxanalarında yerli və ya ümumi anesteziya altında edilə bilən kiçik bir əməliyyatdır. Bəzi hallarda çox az və ya heç bir anesteziya istifadə olunmur. Aparılan tədqiqatlar  histeroskopiyanın küretaj metodu ilə uşaqlıqdan toxuma alınması ilə müqayisədə daha üstün bir üsul olduğunu göstərmişdir.Histeroskopiya ilə uşaqlıq daxilini görmək polip və ya mioma kimi uşaqlığın bir hissəsində yerləşən xəstəliklərin gözdən qaçırılması ehtimalını aradan qaldırır.

Histeroskopiyanın tətbiq sahələri

— Diaqnostik histeroskopiya

Histeroskopiya uşaqlıq daxilindəki bəzi anormal vəziyyətlərin diaqnozu üçün istifadə oluna bilər.Eyni zamanda histerosalpinoqrafiya (HSG) kimi bəzi müayinələri təsdiqləmək məqsədi ilə də edilə bilər. Histeroskop bəzən digər alətlər və texnika ilə bərabər istifadə oluna bilər.Misal üçün,küretajdan (D&C) əvvəl və ya laparoskopiya ilə eyni anda tətbiq oluna bilər.Histeroskopiyanın istifadə olunduğu bəzi vəziyyətlərə aiddir:

— Anormal qanaxma : Normal menstruasiyadan uzun və sancılı qanaxma,menstruasiya dövrləri arası qanaxma və ya menopauza dövründə qanaxma kimi hallardır. Histeroskopiya sayəsində həkim anormal qanaxmanın səbəbini aşkarlaya və ehtiyac olarsa biopsiya edə bilər.

— Sonsuzluq : Bir cütlük bir neçə səbəbə görə övlad sahibi olmaya bilər.Bəzi hallarda qadın sonsuzluğu uşaqlığın böyüklüyü və şəkli ilə bağlı bir qüsurla bağlı ola bilər. Buna misal olaraq arakəsməli uşaqlığı deyə bilərik(incə bir toxuma uşaqlığı iki hissəyə bölür).Bunun kimi problemlər aparılan müayinələrdə anlaşılmaya bilər amma histeroskopiya ilə ortaya çıxır.

— Təkrarlanan düşüklər : Bəzi qadınlar hamilə qalsalar belə,uşaqlarını 20 həftəlik olmadan itirirlər.Histeroskopiya bunun səbəbini anlamaq üçün tətbiq oluna bilər.

— Adheziyalar (Bitişmələr):Bəzən uşaqlıqda yara toxumaları və adheziyalar formalaşa bilər.Bu hala Aşerman sindromu deyilir.Bu adheziyalar sonsuzluğa və menstrual periodda dəyişikliklərə yol aça bilər.

— Anormal böyümələr : Bəzən polip və fibroz toxuma kimi xoşxassəli böyümələr histeroskopiya ilə aşkar edilə bilər.Histeroskopiya sayəsində şübhəli böyümələrdən biopsiya alınır və böyümənin bədxassəli olub-olmadığı araşdırılır.

— Yeri dəyişmiş uşaqlıqdaxili spiral: Kiçik plastik bir cihaz olan uşaqlıqdaxili cihaz (spiral) hamiləliyin qarşısını almaq üçün uşaqlığın daxilinə yerləşdirilir.Bəzi hallarda bu cihaz yerini dəyişir və uşaqlıq divarına daxil olur və histeroskopiya bunun yerini müəyyənləşdirmək üçün istifadə olunur.

— Operativ  histeroskopiya

Histeroskopiya bir sıra halların diaqnozu məqsədi ilə istifadə olunduğu kimi,müalicə məqsədi ilə də istifadə oluna bilər.Misal üçün,uşaqlıqdaxili adheziyalar,arakəsmələr və ya fibroz toxumalar (Video http://familia.az/?p=462histeroskopiya vasitəsilə götürülə bilər. Bu üsulla həm də aşağıdaki patologiyaları da aradan qaldırmaq mümkündür:

, Bəzi hallarda histeroskopiya açıq qarın əməliyyatları yerinə istifadə oluna bilər.Bu prosedur xəstəxana əməliyyatxanalarında ümumi anesteziya altında tətbiq olunur.

Endometrial ablasiya (uşaqlığın daxili qatının yandırılması) bəzi ağır qanaxma hallarını müalicə etmək məqsədi ilə uşaqlığın daxili selikli qişasının yandırıldığı  bir prosedurdur. Video http://familia.az/?p=938

Bu prosedurdan sonra qadın doğmaq qabiliyyətini itirir. Bu prosedur üçün histeroskop lazer və ya rezektoskop kimi digər alətlərlə bərabər istifadə oluna bilər. Əməliyyatdan əvvəl mümkün olarsa histeroskopiya menstruasiyadan sonra ilk həftə ərzində tətbiq olunur.Bu uşaqlığın daxilinin daha yaxşı görünməsini təmin edir.Histeroskopiyadan əvvəl müəyyən qədər vaxt ərzində bir şey yeməməyiniz və içməməyiniz tövsiyə edilir. Bəzi  laborator testlər alına bilər,daha sonra vaginal nahiyə antiseptik məhlul ilə təmizlənir.

Anesteziya

Histeroskopiya lokal(yerli), region və ümumi anesteziya altında edilə bilər. Bu digər proseduraların da eyni zamanda tətbiq olunub-olunmaması kimi  bir neçə faktora bağlıdır.Əməliyyatdan əvvəl anesteziya edilməzdən qabaq həkiminiz sakitləşməyiniz üçün bir dərman verə bilər.

Lokal(yerli) anesteziya tətbiq olunacaqsa, anesteziya uşaqlıq boynu ətrafına edilir ki, bu sahədə hissiyat itsin.Prosedura zamanı oyaq olursunuz və həmin sahədə yüngül qıcolma  hiss edə bilərsiniz.

Region anesteziya üçün  çanaq nahiyəsini innervasiya edən sinirlərə inyeksiya edilir,oyaq olursunuz amma bir narahatlıq hiss etmirsiniz.Anesteziya bir iynə və ya boru  vasitəsilə arxa tərəfinizdən edilir, buna onurğa və ya epidural anesteziya deyilir.

Ümumi anesteziyada isə bir maska vasitəsilə bəzi qazların qarışığı ilə nəfəs alırsınız və əməliyyat zamanı huşunuz qapalı olur. Anesteziya təsirini göstərdikdən sonra nəfəs almanızı asanlaşdırmaq məqsədi ilə nəfəs borunuza bir boru daxil edilir.

Operativ  histeroskopiyadan əvvəl uşaqlıq boynunun  genişləndirilməsi və ya xüsusi bəzi alətlər ilə açılması lazımdır.Ardınca,histeroskop vagina, uşaqlıq boynu və uşaqlıqdan daxilə salınır.Orqan daxilinin daha yaxşı görünməsi üçün histeroskopdan içəri maye və ya qaz yeridilə bilər.Alət vasitəsi ilə bir ışıq cərrahın uşaqlıq daxilini görməsinə kömək edir.Əgər əməliyyat ediləcəksə, histeroskop vasitəsi ilə kiçik əməliyyat alətləri də daxilə salına bilər.Daha geniş və çətin proseduralar üçün uşaqlığın xaricini görə bilmək məqsədi ilə eyni zamanda bir laparoskop da istifadə oluna bilər. Bu halda karbon dioksid qazı qarın boşluğuna yeridilir. Bu qaz qarnın ön divarını qaldıraraq və onu daxili orqanlardan uzaqlaşdıraraq qarnı genişləndirir.Bunun sayəsində orqanlar daha rahat görünür.Qazın əksər hissəsi əməliyyatdan sonra xaric edilir.

Sağalma müddəti

Əməliyyat lokal (yerli) anesteziya altında icra olunubsa,çox  qısa bir müddət ərzində evinizə gedə bilərsiniz.Region və ya ümumi anesteziya tətbiq olunubsa,evə yazılmazdan əvvəl bir qədər nəzarət altında ola bilərsiniz.Əgər histeroskopiya ilə bərabər laparoskopiya da icra olunmuş və ya qaz verilmişsə,çiyinlərinizdə ağrı hiss edə bilərsiniz. Bu narahatlıq qazın absorbsiya edilməsi (sorulması) ilə  bərabər tez bir zamanda keçəcəkdir.Bir və ya iki gün ərzində bayıla bilər,ürəkbulanmanız və ya yüngül vaginal qanaxmanız ola bilər.

Turab Canbaxışov