Hamiləliyiniz zamanı stomatoloqunuzda müayinə olmağınız vacibdir.  Hamiləlikdə qan dövranınızda  artan hormonlarınız  bəzi toxumalara təsir göstərdiyi kimi diş ətlərinizə də təsir göstərir. Bunun nəticənində  diş ətində çəkilmələr, öz-özünə qanaxmalar ola bilər. Bu hal “epilus gravidarum”  adlanır.Digər tərəfdən hamiləlik diş çürüklərinin əmələ gəlməsi baxımımdan əlverişli  bir mühit hazırlayır.  Xüsusilə, ilk üç ayda baş verən qusmalar bakteriyaların  ərp şəklində dişlərin səthində yığılmasını artırır. Bu da nəticədə çürük riskini artırır.

Hamiləlik ağız və diş gigiyenasına  xüsusi diqqət göstərməli olduğunuz  bir haldır. Bu səbəbdən stomatoloqunuzla məsləhətləşib münasib  fırçalama, diş ipindən istifadə kimi metodlar haqqında ətraflı məlumat almağınız məsləhətdir.

Dişdə meydana gələn çürüklər və bunların müalicəsi hamilə qadınlar tərəfindən daima  qorxu və narahatlıqla  qarşılanmışdır. Xüsusilə,  dişə plomb qoyulması və  kanal müalicəsi zamanı   antibiotik və yerli  anestetik maddələrin istifadəsi  əksər hamilə qadını narahat edir. Digər tərəfdən, əvvəllər  ginekoloqların  bu müalicələrə icazə verməmələri və bəzi stomatoloqların da hamiləlik haqqında kifayət qədər məlumata malik olmamaları  bu  qorxunu artırır.

Aparılan bir çox elmi tədqiqatda hamiləlikdə kanal müalicəsi və plomb da daxil olmaqla  diş müalicələrinin inkişaf etməkdə olan körpə üzərində mənfi bir təsir yaratdığına dair sübut tapılmamışdır.

Müalicənizdən əvvəl stomatoloqunuzla mütləq məsləhətləşin. Bu şəkildə stomatoloqunuz lazım gələrsə, ginekoloqunuzla görüşərək sizin üçün ən münasib olan yerli anestetik və antibiotiki müəyyən edəcək və müalicənizi buna görə planlaşdıracaqdır. Yenə hər hansı bir elmi sübut olmasa da, bəzi stomatoloqlar hamiləlikdə civəli amalqam  plomb maddələrindən istifadəyə etməməyə çalışırlar. Bu tamamilə şəxsi seçimdir. Nəticə olaraq hamiləlik zamanı plomb və kanal müalicəsi etdirmək hətta diş çəkdirmək üçün hər hansı bir problem yoxdur.

Turab Canbaxışov