B qrupuna  daxil olan, suda həll olunan  bu vitamin əksər hallarda fol turşusu və ya folat olaraq adlandırılır. Halbuki, bu iki termin bir-birindən fərqlənir. Fol turşusu vitaminin ən stabil formasını göstərir və qida maddələrində nadir hallarda rast gəlinir. Fol turşusu vitaminin dərmanlarda və emal olunmuş qidalarda tapılan bir formasıdır. Folat isə təbii maddələrdə movcud olan formasıdır.

Folat və ya fol turşusunun bədəndə, xüsusilə DNT quruluşunda böyük rolu vardır. Bununla yanaşı, bəzi amin turşularının metabolizmində də rol oynadığı məlumdur.

Bəzi hallarda bədəndə folat çatışmazlığına rastlanır. Bu halların ən çox təsadüf  olunan forması alkoqolizmdir.Etil spirit folatın sorulmasının qarşısını alaraq çatışmazlığına səbəb olur.Çatişmazlığının səbəblərindən biri də,qida vasitəsi ilə kifayər qədər qəbul olunmamasıdır. Hamiləlik və  xərçəng kimi hüceyrənin bölünmə sürətinin yüksək olduğu hallarda da bədənin folata olan tələbatı artdığı üçün fol turşusu çatışmazlığı ola bilər.

Əlamətlər

İlkin dövrlərdə əlamətləri özünü çox biruzə vermir. Qanda homosistein səviyyəsinin artması ən erkən simptomdur.Folat çatışmazlığına ən tez reaksiya verən hüceyrələr ən sürətli bölünən hüceyrələrdir. Folatın səviyyəsi azaldığı zaman sümük iliyində hüceyrə bölünməsi pozulur və az miqdarda, amma böyük ölçüdə qan hüceyrələri yaranır. Bunun nəticəsində qanazlığının bir növü olan “meqaloblastik anemiya” meydana çıxır.Bu hüceyrələrin oksigen daşıma həcmi azaldığı üçün qan azlığının tipik əlamətləri olan halsızlıq,  yorğunluq, ürəkdöyünmə kimi şikayətlər ortaya çıxır.

Dölün böyüməsi və inkişafı sürətli hüceyrə bölünməsi ilə xarakterizə olunan bir dövrdür. DNT və RNT-nin sintezində kritik rolu olduğu üçün bu dövrdə kifayət qədər folat qəbulu olduqca əhəmiyyətlidir. Aparılan tədqiqatlar göstərir ki, hamiləlikdə fol turşusunun kifayət qədər qəbulu körpədə mərkəzi sinir sistemi anomaliyalarının rastgəlmə ehtimalını  mühüm dərəcədə azaldır.Sinir borusu defekti adı verilən bu mərkəzi sinir sistmi anomaliyaları müxtəlif formalarda və dərəcələrdə ola bilər. Ən sadə forması olan “spina bifida”da onurğada kiçik bir açıqlıq olduğu halda, ən ağır forması olan “anensefaliyada” körpənin kəllə qapağı və beyni inkişaf etmir.

Sinir borusu defektləri  mayalanmadan sonrakı 21 və 27-ci günlər arasında meydana çıxır. Bu dövrdə  qadınların əksər  hissəsi hamilə olduqlarından xəbərdar olmaya bilərlər. Fol turşusu qəbul edilmədikdə sinir borusu defeketinin olma ehtimalı 2000 doğuşda 1 civarındadır.  Fol turşusunun qəbulu ilə bu nisbət 50% -ə qədər azaldıla bilir. Bu effektin ortaya çıxması üçün hamilə qalmazdan 1 ay əvvəl fol turşusu qəbuluna başlanılmalıdır.Həmçinin  yarıq damaq və bəzi ürək qüsurları kimi anomaliyaların da  folatın az qəbul edilməsli ilə bağlı olduğu irəli sürülür.

Amerika Xalq Sağlamlığı İdarəsi və digər müvafiq təşkilatlar hamilə qalma ehtimalı olan hər qadının mütləq fol turşusunu qəbul etməsi və fol turşusu dərmanlarının qəbulunu tövsiyə edir. Bununla birlikdə ABŞ-da  hamilə qadınların yalnız yarısı bu tövsiyəyə riayət edir. Bununla əlaqədar olaraq  ABŞ-da bəzi qida maddələrinin fol  turşusu ilə zənginləşdirilməsi gündəmə gəlmişdir. 

Ölkəmizdə isə vəziyyət daha pisdir.  Hamilələrin böyük bir qismi hamilə qalmazdan əvvəl məsləhət almadığı üçün bundan xəbərsizdir.

Fol səviyyəsinin kifayət qədər olmasının bəzi ürək və ətraf anomaliyalarını da azaltdığı irəli sürülmüşdür. Lakin bu mövzuda kifayət qədər sübut yoxdur. Bəzi başqa məqalələrdə isə folun kifayət qədər qəbul olunmamasının vaxtından qabaq doğuşa, yenidoğulmuşun aşağı çəkili olmasına və ciftin vaxtından qabaq ayrılmasına səbəb ola biləcəyi göstərilmişdir. Buna görə sinir borusu defektinin inkişafetmə riski aradan qalxdıqdan sonra da fol turşusunun qəbuluna davam edilməlidir.

Nələrdə rast gəlinir?

Bir çox qida maddəsi fol turşusundan ibarətdir. Bunlar aşağıdakılardır:

  • Portağal, mandalin, qreyfurt kimi sitrus bitkilərində
  • Yemiş, qarpız
  • Lobya
  • Brokoli və ispanaq kimi tərəvəzlər
  • Fındıq
  • Qara ciyər

Hazırda marketlərdə satılan bəzi qida maddələri fol turşusu ilə zənginləşdirilmişdir. Fol turşusuna olan tələbatı həmçinin multi-vitamin preperatlarla da ödəmək olar. Bəzi qida maddələrində fol turşusunun miqdarı belədir.

Nə qədər qəbul edilməlidir ?

12 yaşından başlayaraq həm kişi, həm də qadın üçün gündəlik fol turşusu ehtiyacı 0.4 milliqramdır. Bu xüsusilə  fertil qadınlarda əhəmiyyətlidir. Hamilə qadınların gündə  400-800 mikroqram fol turşusu qəbul etməsi lazımdır.

Hər hansı bir toksik təsiri olmamasına baxmayaraq gündəlik 1 milliqramdan artıq fol turşusunun qəbulu tövsiyə olunmur.

Turab Canbaxışov