Doppler ultrasəs müayinəsi nədir?

Doppler ümumi olaraq ultrasəs ilə müayinə edilən  damar yatağının qan axınını və anormal bir müqavimətlə qarşı-qarşıya olub olmadığını təyin edən bir test növüdür. Xalq arasında “ rəngli ultrasəs müayinəsi” olaraq tanınır.Burda məqsəd körpəni rəngli şəkildə görüntüləmək deyil, qan axımını diaqnostika məqsədi ilə müayinə etməkdir. Ürəyin sistol ( vurma) və diastol ( dolma) vaxtlarında “ qanın axım sürətini” və dölün digər damarlarındakı qan axımını müayinə etməkdir. Doppler usm sadəcə hamiləlikdə deyil, aşağı yuxarı ətrafların damarlarına, daxili orqanların qan axımlarına baxmaq üçün də geniş istifadə edilir.   

Doppler USM-də yumurtalıq damarları                           Doppler USM-də göbək ciyəsi                                       

                  

Doppler USM-nin faydaları nələrdir?

Ürəyin sistola və diastola fazasında müayinə edilən damar yatağındakı təzyiqlər müqayisə edilərək müqavimət təyin edilir.  Doppler USM-si anadan dölə qan aparan uteroplansetal şöbəni qiymətləndirdiyi kimi göbək ciyəsinin qan axını barəsində  də məlumat verir. Beləliklə gələcəkdə meydana çıxacaq hamiləlik zəhərlənməsi ( preeklepmsiya), uşaqlıqdaxili inkişaf ləngiməsi, ciftin vaxtından qabaq ayrılması (ablasio plasenta), ana bətnində körpə ölümü kimi hallar qabaqcadan müəyyənləşdirilə bilər. 

Doppler USM ilə ürək müayinəsi

Bütün hamilə qadınlara Doppler USM tətbiq edilirmi?

Yüksək riskli hamiləliklərə nəzarətin mühüm bir hissəsidir. Hal-hazırda körpənin çətinliklə üzləşib-üzləşmədiyini ən həssas şəkildə təyin edən və ən erkən qiymətləndirən müayinə Dopplerdir.  Standart şəkildə bütün hamilələrə tətbiq edilməsinə ehtiyac yoxdur.

Hansı hallarda tətbiq edilir?

Göbək və uterin arteriyasının doppler müayinəsi ən çox  preeklampsiyalı və xroniki hipertenziyalı hamilələrin müayinəsində istifadə olunur. Həmçinin nəzarətsiz diabetli hamiləliklərdə , polihidramnionlu ( dölyanı mayenin artması) ya da oliqohidramnionlu ( dölyanı mayenin azalması) hamiləliklərdə, döllərdən birində inkişaf qüsuru olan çoxdöllü hamiləliklərdə müayinə formasını təşkil etməkdə köməkçi bir metod kimi istifadə edilir.

Nə vaxt tətbiq edilir?

Doppler USM təxminən hamiləliyin istənilən həftəsində tətbiq ediləbilər. Hamiləlik sırasında qarşılaşılan problemlərə görə Doppler usm-in istifadəsi fərqlənə bilər. İnkişaf ləngiməsi üçün müəyyən damarlara Doppler olunur, orqan qüsurları müşaidə edildiyində isə müayinələr tamamiylə başqa olur. Normal bir hamiləlik sırasında Dopplerdən ziyadə hamiləliyin 20-24-cü həftələrində təfsilatlı, yəni ətraflı ultrasəs müayinəsi mütləqdir ki, dölün bütün orqanlarının normal olub olmadığına baxılsın (http://familia.az/?p=330)  

Tətbiq edilmə qaydası necədir?

Hamilə qadına edilən standart ultrasəs müayinəsindən sonra həkim tərəfindən ehtiyac görülərsə əvvəlcə sağ və sol uşaqlıq arteriyalarında, sonra da göbək ciyəsinin arteriyasında Doppler müayinəsi aparılır. Hər iki uşaqlıq arteriyasının axın göstəriciləri, ikisi arasındakı riyazi fərq və görünüş formaları qiymətləndirilir. Göbək ciyəsinin arteriyasında da  axın qiymətləndirilir və dalğa forması müayinə edilir. Bir patologiya izlənilərsə müayinə daha da genişləndiriləcəkdir. 

Necə şərh edilir?

Doppler diaqnoz qoyan deyil, istiqamətləndirici bir müayinə üsuludur. Patoloji axın göstəriciləri ya da anormal dalğa görüntüləri əldə edildiyi vaxt körpənin  vəziyyəti ilə əlaqədar aparılan digər testlərlə birlikdə qiymətləndirilməsi baxımından həssas olmanın vacibliyini göstərir. Bunun yeganə istisnası göbək arteriyasında “ əks axın” deyilən vəziyyətin meydana gəlməsidir. Göbək arteriyasında həmin anormal dalğa forması müşahidə edildikdə körpənin ana bətnində ölmə riski olduqca yüksəkdir və təcili olaraq hamilə xanımı təcrübəli mütəxəssis və standartlara uyğun yenidoğulmuşların reanimasiyası olan bir  tibb müəssisəsinə çatdırmaq vacibdir. http://familia.az/?p=344 

Doppler müayinəsinin inkişaf edən körpə üçün hansı zərərləri vardır?

Aparılan çalışmalar yüksək keyfiyyətli doppler cihazı ilə təcrübəli mütəxəssis tərəfindən sadəcə zəruri hallarda tətbiq edilən və mümkün olan ən qısa müddətdə tamamlanan bir doppler müayinəsinin körpə üçün zərərli olmadığını aşkar etmişdir. 

Turab Canbaxışov