Fetal exokardioqrafiiya (Fetal Exo) nə vaxt (hamiləliyin hansı həftələrində) aparılmalıdır?

Ana bətnindəki körpənin ürək döyüntüləri hamiləliyin 6-cı həftəsindən etibarən ultrasəs müayinə ilə müəyyən edilə bilər. Ancaq körpə ürəyinin quruluşunun ətraflı şəkildə qiymətləndirilməsi vaginal yolla aparılan ultrasəs müayinə ilə hamiləliyin 13-14-cü həftələrində, abdominal yolla ( qarından)  aparılan ultrasəs müayinə ilə isə hamiləliyin 18-ci həftəsindən etibarən mümkündür. Hamiləlik həftəsi artdıqca körpədəki ürək qüsurlarını təyin etmə şansımız, ürəyin körpə ilə birlikdə inkişaf etməsi, dolayı olaraq ultrasəs müayinədə görüntü keyfiyyətinin artması ilə yüksəlir.Hamiləliyin 16-cı həftəsində körpənin ürəyi təxminən 1 sm-dir.

Fetal exokardioqrafiyanın (fetal exo) anadangəlmə ürək qüsuru olan körpə dünyaya gətirmə baxımından risk qrupuna daxil olan hamilələrə hamiləliyin erkən dövrlərində, yəni hamiləliyin 14-cü həftəsində tətbiq edilməsi tövsiyyə olunur. Hər hansı bir risk altında olmayan hamilələrə isə hamiləliyin 20-22-ci həftələri arasında fetal exo etdirmələri  məsləhət görülür. Fetal exokardioqrafiya (fetal exo) 10-15 dəqiqəyə qədər davam edən  və körpəyə hər hansı bir zərəri olmayan rəngli doppler ultrasəs müayinəsidir.

Bəzi hallarda fetal exokardioqrafiya müayinəsinə hamiləliyin irəliləyən həftələrində təkrarlanmasına ehtiyac yaranır.

Fetal exokardioqrafiya (Fetal Exo) hansı həkim tərəfindən aparılmalıdır?

Ginekoloq standart hamiləliyin ultrasəs müayinəsi zamanı körpənin ürəyi ilə bağlı məhdud sayda məlumat əldə edə bilər. Buna görə də klinikamızda olduğu kimi  xüsusilə körpəsində ürək qüsuru riski yüksək olan hamilələrin  fetal exokardioqrafiya müayinəsinin rəngli Doppler xüsusiyyətli ultrasəs cihazı ilə fetal exokardioqrafiya sahəsində  təcrübəli və peşəkar bir həkim ( Perinatoloq və ya pediatrik kardioloq)  tərəfindən  aparılması vacibdir.

Fetal exokardioqrafiya (Fetal Exo) ilə körpənin ürəyi ilə bağlı hansı qüsurlar aşkar edilə bilər?

    Fetal exokardioqrafiya ilə:

  • Körpənin ürəyindəki struktur qüsurlarının təyin edilmə göstəricisi 80-90 %-ə çatmışdır. Körpədə ani ölümə səbəb olacaq və körpəni doğuşdan sonra çətinliyə salacaq ürək qüsurları da bura daxildir. 
  • Körpənin ürəyindəki ritm qüsurları aşkar edilə bilər.
  • Körpənin ürəyinin funksional qüsurları (ürəyin funksional pozuntuları) aşkar edilə bilir.

Fetal exokardioqrafiya (fetal exo) müayinəsi dölün həftəsinə, vəziyyətinə və hamilə qadının kök olub-olmamasından asılı olaraq 20-25 dəqiqə davam edir.

Fetal exokardioqrafiyanın (Fetal Exo) imkanları nələrdir ?

Hətta yuxarı səviyyəli fetal exokardioqrafiya  ilə belə körpənin ürəyindəki struktur qüsurlarının bəziləri təyin edilə bilməz. Bunlar əsasən ürəkdəki kiçik dəliklər, ürək qapaqlarındakı kiçik  struktur dəyişiklikləri  kimi nisbətən yüngül qüsurlardır. Həmçinin bəzi ürək qüsurları ancaq doğuşdan sonra meydana çıxır.

Turab Canbaxışov