Bətndaxili  inkişaf ləngiməsi–Döldə inkişafın məhdudlaşması nədir?

Bətndaxili inkişaf ləngiməsi,ana bətnindəki dölün hamiləlik həftəsinə görə mümkün olan ölçüdən az olmasıdır. Türk dilində intrauterin gelişme geriliği (İUGG), İngilis dilində isə  intrauterine growth retardation (IUGR) olaraq adlandırılır. Ləngimə sözü xəstələrdə körpənin mental funksiyaları ilə bağlı təsəvvür yaratdığı üçün “ləngimə” sözünü “azlıq, məhdudiyyət” kimi sözlərlə ifadə etmək bəlkə də daha düzgün olardı.

Ümumi olaraq bətndaxili inkişaf ləngiməsi,hamiləlik həftəsinə görə ana bətnindəki dölün kiçik olması kimi izah edilsə də, ana bətnindəki dölün çəkisini müəyyənləşdirən, amma patoloji  olmayan müxtəlif amillər də ( ana və atanın fiziki göstəriciləri)vardır.

Dolayı olaraq bətndaxili inkişaf ləngiməsi üçün daha düzgün ifadə əslində ana bətnindəki dölün ( fetusun) özünün inkişaf potensialına çatmamasıdır.

Bətndaxili inkişaf ləngiməsinin səbəbləri nələrdir?

Ana bətnindəki döl ilə bağlı səbəblər:

  1. Hamiləliyin erkən dövrlərində (xüsusilə hamiləliyin 20-ci həftəsindən əvvəl) anadan dölə keçən infeksiyalar (CMV, məxmərək, qanlı ishal (Parvovirus) infeksiyaları).
  2. Döldə xromosom pozğunluğu(ən çox trisomiya 18 olmaqla, trisomiya 13, trisomiya  21) və kongenital malformasiyalar.
  3. Əkiz hamiləlik və digər çoxdöllü hamiləliklər.

Hamilə ana ilə bağlı səbəblər

  1. Aşağı səviyyəli sosial iqtisadi vəziyyət.
  2. Malnutrisiya (qida çatışmazlığı): Hamilə ananın qidalanmasının həddindən artıq aşağı olması ( malnutrisiya), ana bətnindəki dölün inkişaf ləngiməsinə səbəb olduğu məlumdur. Ananın bəzi bağırsaq xəstəliklərində də (chron, ulserativ kolit),hamilə ananın qidalanma pozuntusundan asılı olaraq bətndaxili inkişaf ləngiməsi müşahidə edilmişdir.
  3. Hamiləlik dövründə hamilə qadının normadan az çəki alması.
  4. Hamilə qadının damar və böyrək xəstəlikləri:bətndaxili inkişaf ləngiməsinin 25-30 % səbəbi ola bilər. Erkən başlayan  preeklampsiya bətndaxili inkişaf ləngiməsinə səbəb ola bilər.
  5. Hamilədə ciddi qan və digər irsi xəstəliklər olarsa
  6. Anadangəlmə və ya sonradan qazanılmış laxtalanma pozuntuları (Trombofiliya):Sonradan qazanılan trombofiliya olan antifosfolipid sindromunun hamiləlikdə bətndaxili inkişaf ləngiməsi, abort, gec düşüklər və damar daxili laxtalanmalara (tromboemboliyaya) səbəb olduğu məlumdur.
  7. Atmosfer təzyiqi yüksək olan yerdə yaşayan ,hamiləqadının oksigen çatışmazlığına səbəb olan (hipoksik)xəstəlikləri.
  8. Hamiləlik dövründə dərman preparatlarından istifadə (teratogenlər): Epilepsiya dərmanları (Antikonvulzanlar:fenitoin,trimetadon), narkotikanalgetiklər və oxşar dərman preparatları
  9. Hamiləlikdə zərərli maddələrdən istifadə: Spirtli içki, kokaindən istifadə. Siqaret çəkmək də bətndaxili inkişaf ləngiməsinə səbəb olur.
  10. Ananın bəzi uşaqlıq deformasiyaları və uşaqlıqdan kənar hamiləlik.

Ciftilə bağlı səbəblər:

  1. Ciftin hissəvi ayrılması,ciftin bir hissəsində infarkt(qan çatışmazlığından asılı olan toxumaölümü).
  2. Xorioangioma
  3. Ciftin kiçikolması:Bətndaxili inkişaf ləngiməsi olan dölün ciftinin normal ölçüdən 24 % daha kiçik olduğu göstərilmişdir.
  4. Kordun (göbək ciyəsinin)ciftədüzgün olmayan biryerdən bağlıolması.
  5. Ciftin düzgün yerləşməməsi(Plasenta sirkumvallate,plasenta previa).Döllün inkişafına təsir edə bilir  ancaq  döl  normadan  çox kiçik olmur.

Bətndaxili inkişaf ləngiməsinin hansı  növləri vardır ?

Bətndaxili inkişaf ləngiməsi simmetrik və ya asimmetrik olur.

Bətndaxili  inkişaf ləngiməsi dölün bütün bədəninə və orqanlarına təsir edərsə simmetrik, sadəcə qarın ətrafındakı piy toxumasının azalmasına səbəb olarsa, asimmetrik inkişaf ləngiməsi adlanır.

Simmetrik inkişaf ləngiməsi nədir?

Simmetrik inkişaf ləngiməsində dölün  bütün bədəni təsirə məruz qaldığı üçün dölün boyu hamiləlik həftəsinə görə daha qısa, çəkisi isə hamiləlik həftəsinə görə daha azdır. Simmetrik inkişaf ləngiməsində ana bətnindəki dölün inkişafı əvvəldən zəif gedir  və inkişaf ləngiməsi hamiləliyin erkən həftələrində başlayır. Simmetrik bətndaxili inkişaf ləngiməsi  əsasən dölün özü ilə bağlı səbəblərlə(xromosom pozğunluqları,hamiləliyin erkən həftələrində keçirilən infeksiyalar) bağlı olur.

Asimmetrik inkişaf ləngiməsi nədir?

Asimmetrik inkişaf ləngiməsindəvəziyyət fərqlidir.Hamiləliyin əvvəlində dölün inkişafı  normal gedir və  əsasən hamiləliyin son üç ayına qədər döl  normal şəkildə inkişaf edir. Dölün qarnının ətrafında normal piy ehtiyatları əmələ gəlir, qaraciyəri normal şəkildə inkişaf edir və kifayət qədər qlikogen toplayır. Ancaqbirmüddət sonra arayagirən anormal birvəziyyət(hamiləlik zəhərlənməsi və digər uşaqlıq – cift ( uteroplasentar) qan çatışmazlığı əmələ gətirən vəziyyətlər)dölə cift yolu ilə gedən qida maddələri və oksigen miqdarını azaldır və döl öz ehtiyatlarını sərf etməyə başlayır. Buhalda ana bətnindəki dölün inkişafı ləngiyir ya da dayanır. Asimmetrik inkişaf ləngiməsində dölün boyu normal, ancaq ehtiyatları sərf edildiyi üçün qarın çevrəsinin ölçüsü və çəkisi  az olur. Asimmetrik inkişaf ləngiməsində vaxtın ötməsi halına da rast gəlinə bilər:Vaxtı başa çatan və funksiyası azalan plasenta körpənin tələbatlarını kifayət qədər ödəyə bilmədiyi üçün döl

yenidən ehtiyatlarını sərf etməyə başlayır və asimmetrik inkişaf ləngiməsi meydana gəlir

Simmetrikvə asimmetrik inkişaf ləngiməsinin səbəbləri müxtəlif olduğu üçün diaqnoz qoyulması və xəstəyə veriləcək məsləhət baxımından bu ikiqrupun ayrılmasımühüm əhəmiyyət kəsb edir.

Bətndaxili  inkişafın ləngiməsi necə təyin edilir?

Hamiləlik zamanı hestasiya müddətinin erkən təyin edilməsi, ananın çəkisinin artmasına diqqət edilməsi və uşaqlıq böyüməsinin (fundus– pubis məsafəsi) diqqətli şəkildə ölçülməsi risk amili teşkil etməyən hamilə qadınlarda rast gəlinən inkişaf ləngiməsi hallarının  çoxunun təyin edilməsini təmin edir.

İstənilən vaxt  mövcud  bətndaxili inkişaf ləngiməsi diaqnozunu qoymaq rahat olmur. İnkişaf ləngiməsi diaqnozunu qoya bilmək üçün ilk növbədə hamiləliyin həftəsi düzgün bilinməlidir. Hamilənin son menstruasiya tarixini (SAT) dəqiq şəkildə xatırlaya bilmədiyi halda hamiləlik həftəsini təyin etmək üçün hamiləlik erkən dövrlərində aparılan ultrasəs müayinəsindən faydalanmaq olar. Əgər hamiləliyin erkən dövrlərində ultrasəs müayinəsi aparılmayıbsa, hamiləlik testinin edildiyi tarix ya da dölün ilk tərpənmə tarixi çox  düzgün məlumat verməsədə, kömək edə bilər. Əgər bu da mümkün  deyilsə mütəmadi olaraq ultrasəs müayinəsi aparılır: İki həftə fasilə ilə aparılan ultrasəs ölçmələrində dölün  qarın çevrəsinin ölçüsü iki həftəyə uyğun şəkildə inkişaf etməyibsə, ehtimal ki bətndaxili  inkişaf ləngiməsi mövcuddur

Bəzən ana bətnindəki dölün standart ultrasəs ölçmələrində ya da hamilədə fundus-pubisməsafəsinin ölçülməsində ölçülərin geri olmasının aşkarlanması, bəzən də hamilə ananın qarnının böyümədiyinin hiss edilməsi ilə bətndaxili inkişaf  ləngiməsindən şübhələnmək olar. Bu halda diaqnozu təsdiqləmək üçün ultrasəs müayinəsi aparılır.

Standart ultrasəs müayinəsində körpədə başın çevrəsinin ölçüsü, qarın ətrafı və fbud sümüyü olmaqla dörd müxtəlif ölçü aparılır. Həmin bu 4 ölçünün nəticəsinə görə ultrasəs cihazı içərisində əvvəldən yüklənən qiymətlərlə ölçü zamanı əldə edilən qiymətləri qarşılaşdıraraq hər bir ölçü üçün ayrı bir hamiləlik həftəsi təyin edilir. Təyin edilən həmin hamiləlik həftələri hamiləninson menstrual tarixinə görə ya da daha əvvəlki ultrasəs müayinələrə görə iki həftə ya da daha geri çıxarsa, bətndaxili  inkişaf ləngiməsinin ilkin diaqnozu qoyulur. Dölün  bütün ölçüləri normadan aşağıdırsa, simmetrik inkişaf ləngiməsindən, sadəcə qarın ətrafı geridirsə, onda assimmetrik inkişaf ləngiməsindən söhbət gedir.Simmetriklə asimmetrikarasındakı fərq xüsusilə hamiləliyin yuxarı həftələrindən sonra istənilən vaxt mümkün olmaya bilər və praktikada da elə də əhəmiyyət kəsb etmir.

Bətndaxili inkişaf ləngiməsi necə təqib edilir?

Bətndaxili inkişaf ləngiməsi olan döllərə həm ölüm, həm də doğuş vaxtı hipoksiya və metabolik asidoz riski vardır. Bu səbəblə ana bətnindəki körpənin inkişafının və vəziyyətinin yaxşı olub-olmaması təqib edilməlidir. Doğuşun təqribi vaxtının təyin edilməsində hamiləlik həftəsi və dölün vəziyyəti böyük əhəmiyyət kəsb edir.

Doğuş vaxtında ya da doğuş vaxtına yaxın olan döllərdə doğuş barədə rahatca qərar alınmalıdır. Əsas problem hamiləlik həftəsi çox az olan körpələrdir. Həmin körpələr üçün biofiziki profil testi (BPP), amnion mayenin miqdarı, NSTvə fetal damarların Doppler ultrasəs müayinəsi kimi müxtəlif izləmə metodlarından istifadə edilir. Hər nə qədər normal amnion mayenin həcmi bətndaxili inkişaf ləngiməsinin olmadığını  göstərməsə də mayenin az olması(oligohidramnios)böyük ehtimal bətndaxili  inkişaf ləngiməsinin olduğunu göstərir.

Bətndaxili inkişaf ləngiməsi  Doğuş Qərarı

  1. Doğuş vaxtında ya da doğuş vaxtına yaxın olan bətndaxili inkişaf ləngiməsi olan döllərdə doğuş qərarının verilmə səbəbləri:ananın təzyiqinin yüksək olması,dölün inkişafında 2 ilə 4 həftəlik bir durğunluğun olması, biofiziki profil (BPP)miqdarının 6-dan az olmasıyada Doppler ultrasəs ölçmələrində  diastola sonu axımının itkisi
  2. Əgər doğuş qərarı verilməyibsə, ana bətnindəki dölün vəziyyətinə mütəmadi olaraq yaxından nəzarət edilməlidir.
  3. Vaxtından qabaq,hamiləlik həftəsi az olan döllər üçün Doppler ultrasəs ölçülərinin normal olması yaxşı haldır.

Bətndaxili inkişaf ləngiməsinin müalicəsi nədir?

Hestasiya yaşı az olan və bətndaxili inkişaf ləngiməsi rast gəlinən hamiləliləliklərin xüsusi bir müalicəsi yoxdur. Hamiləyə  yaxşı qidalanma , plazma həcm genişləndiriciləri, aşağı dozalı aspirin, hamilə anaya oksigen müalicəsi kimi müxtəlif müdaxilələr sınaqdan keçirilmiş ancaq heç birinin faydası olmamışdır. Hamilənin  qısa müddətli hiperoksigenizasiyasının doğuşda körpənin turşu – qələvi balansını düzəltdiyinə dair məlumat olmasına  baxmayaraq ,nəticəyə təsiri və kliniki əhəmiyyəti bilinmir.

İnkişaf ləngiməsinin təqib edilməsində əsas məqsəd  bətndaxili inkişaf  ləngiməsi olan döllərdə  doğuş vaxtının düzgün təyin edilməsidir. Erkən doğuşun meydana gətirəcəyi risklərlə dölün  artıq kifayət qədər qidalana bilmədiyi ana bətnində qalmasının meydana gətirəcəyi risklərin dəyərləndirilərək doğuş üçün ən münasib ( optimal) vaxtın seçilməsi bətmndaxili  inkişafın ləngiməsinin təqib edilməsində ən mühüm nüansdır. Optimal doğuş vaxtının təyin edilməsi ciddi təcrübə tələb edir və perinatologiya sahəsinə daxildir. Həmçinin vaxtından əvvəl doğulan körpədən asılı olan ağciyər və mərkəzi sinir sistemi qüsurlarınıazaltmaqüçün doğuşdan əvvəl steroiddən istifadə edilməsi tövsiyə edilir.

Bətndaxili inkişaf ləngiməsində körpədə hansı problemlər meydana gələ bilər?

Bətndaxili inkişaf ləngiməsi olan yeni doğulan körpələrdə şikəstlik və ölüm riski daha yüksəkdir. Bu risk körpənin doğuş həftəsi az olduqda daha da artır. Xüsusilə ana bətnində aydın şəkildə müşahidə edilən qan dövranının pozulması olan körpələrdə əldə edilən ən pis nəticələr barəsində hesabat verilmişdir. Əgər doğuş vaxtı optimal təyin edilər və yeni dünyaya gələn körpəyə təcrübəli bir qrup tərəfindən qulluq edilərsə, bətndaxili inkişaf ləngiməsi olan körpələrinnormal olma ehtimalı çox yüksəkdir.

Bətndaxili  inkişaf ləngiməsi zamanı körpələr uzun müddətli yetərsiz qidalanma və oksigen çatışmazlığı ilə qarşılaşır. Bu hal ana bətnində ya da doğuş vaxtı hipoksiya, yeni dünyaya gələn körpədə işemik beyin qüsuru, mekonyum aspirasiyası, polisitemiya, hipoqlikemiya və digər metabolik pozğunluqlara səbəb ola bilər.  Bu səbəblə ana bətnindəki döldə uzanan və artan oksigen çatışmazlığı və qidalanma yetərsizliyindən uzaqlaşacaq şəkildə doğuşun optimal  vaxtının təyin etməsi çox mühümdür.

Turab Canbaxışov