Çoxdöllü Hamİləlİk

Çoxdöllü — əkiz hamiləlik nədir, hansı tezliklə rast gəlinir? Ana bətnində iki və ya daha artıq rüşeymin (körpənin) formalaşdığı hamiləliklərə çoxdöllü və ya əkiz hamiləlik deyilir. Bütün doğuşların yalnız 3%-i  çoxdöllü və ya əkiz hamiləliklər təşkil edir və bu nisbət günü-gündən artmaqdadır. Süni mayalandırma zamanı bətn daxilinə köçürülən embrion sayının artması çoxdöllü və əkiz hamiləliklərin […]

Xorİon Xovlarının Bİopsİyası (CVS)

Xorion  xovlarının  biopsiyası — xorion xovlarının nümunələnməsi (CVS) nədir? Nə məqsədlə icra olunur? 9-14-cü hamiləlik həftələri arasında hamilə qadının qarnının uyğun yerindən və ya uşaqlıq boynundan keçərək ( eynilə amniosintezdəki kimi) 10-15 mikroqram plasenta ( cift,son) toxumasının nazik iynə köməyilə aspirasiya edilməsinə xorion xovlarının nümunələnməsi və ya xorion xovlarının biopsiyası (CVS) deyilir.Xorion xovlarının  biopsiyası (CVS)  […]

Rİsklİ Hamİləlİklərə nəzarət

    Riskli hamiləlik nəyə deyilir?   Hamiləlik normal və təbii bir prosesdir. Bəzi hallarda hamilə olmadan öncə ana namizədinin orqanizmində olan xəstəliklər (ananın mövcud xəstəlikləri ) və ya hamiləliyin səbəb olduğu hamiləlik dövründə ortaya çıxan problemlər müxtəlif risklərin yaranmasına səbəb olur. Belə hamiləliklərə riskli hamiləlik və ya yüksək riskli hamiləlik deyilir. Riskli və yüksək […]

Amnİosentez

Amniosentez  nədir? Nə üçün edilir? Amniosentez hamiləliyin 16-20-ci həftələri arasında ananın qarnının münasib yerindən nazik bir iynə ilə  dölün su kisəsinin içinə daxil olaraq  dölün olduğu  mühitdən 15-20 cc amnion mayesi götürülməsinə verilən addır.  Amniosentez də eynilə xorion xovların biopsiyası (CVS)  kimi ultrasonoqrafiya ilə birgə edilir. Əsasən amniosentezin edilmə səbəbi döldə xromosom pozğunluğu riskinin yüksək […]

Dördlü Test

Dördlü test hamilə qadınlara  hamiləliyin 16-21-ci həftələri arasında məsləhət görülən qan analizidir. Hamilə qadında götürülən qanda dörd ayrı hormon yoxlanılir. Əslində dördlü test informativliyini artırmaq məqsədi ilə üçlü testin təyinində yoxlanılan üç maddəyə İnhibin A adı verilən maddənin əlavə olunması ilə yaradılmış bir testdir. Bu testdə də eynilə üçlü testdə olduğu kimi, dörd hormon ölçüsünün […]

Üçlü test

Üçlü test  (Üçlü skrininq testi)  nədir? Üçlü test  ana bətnindəki döldə xromosom pozğunluqları (xromosom  anomaliyaları) olmaq üzrə daşıdığı müxtəlif riskləri (xüsusilə Daun sindromunu)  aşkar etmək məqsədilə hamiləlikdə edilən bir skrininq  testidir.  16-18-ci həftələr arasında edilən, lakin 15-20-ci həftələr arasında  tətbiq edilə bilən bir skrininq  testidir.  Üçlü test hamilədən götürülən qanda   HCG (insan xorion qonadotropini), E3 […]

Ikİlİ Test ( + ənsə qalınlığı)

Kombinə test (ikili test- ikili skrininq testi) nədir? Kombinə test (daha çox istifadə olunan digər adları ilə ikili test —   ikili skrininq ) ana bətnindəki dölün  başda xromosom pozğunluqları (xromosom anomaliyaları) olmaq üzrə daşıdığı müxtəlif riskləri (xüsusilə Daun Sindromu  — Monqol uşaq)  aşkar etmək məqsədi ilə hamiləlikdə edilən bir skrininq testidir. İkili skrininq testi ustrasəs […]

Daun (Down) Sİndromu

Daun Sindromu Nədir? Daun Sindromu, daha çox əqli inkişafda gerilik və digər organlarda qüsur əmələ gətirən, anadangəlmə bir xromosom anomaliyasıdır. Dölün inkişafı sırasında bir xromosomun artıq əmələ gəlməsi nəticəsində bu sindrom yaranır. Bədənimizin bütün hüceyrələrində xromosomlar vardır və genetik xüsusiyyətlərini daşıyırlar. İnsan hüceyrələrində  46 (23 cüt) xromosom vardır. Normal olaraq insanların hər bir hüceyrəsində hər […]

Döldə İnkişaf Ləngiməsi

Bətndaxili  inkişaf ləngiməsi–Döldə inkişafın məhdudlaşması nədir? Bətndaxili inkişaf ləngiməsi,ana bətnindəki dölün hamiləlik həftəsinə görə mümkün olan ölçüdən az olmasıdır. Türk dilində intrauterin gelişme geriliği (İUGG), İngilis dilində isə  intrauterine growth retardation (IUGR) olaraq adlandırılır. Ləngimə sözü xəstələrdə körpənin mental funksiyaları ilə bağlı təsəvvür yaratdığı üçün “ləngimə” sözünü “azlıq, məhdudiyyət” kimi sözlərlə ifadə etmək bəlkə də […]

Dölün Exokardİoqrafiyası (Fetal EXO)

Fetal exokardioqrafiiya (Fetal Exo) nə vaxt (hamiləliyin hansı həftələrində) aparılmalıdır? Ana bətnindəki körpənin ürək döyüntüləri hamiləliyin 6-cı həftəsindən etibarən ultrasəs müayinə ilə müəyyən edilə bilər. Ancaq körpə ürəyinin quruluşunun ətraflı şəkildə qiymətləndirilməsi vaginal yolla aparılan ultrasəs müayinə ilə hamiləliyin 13-14-cü həftələrində, abdominal yolla ( qarından)  aparılan ultrasəs müayinə ilə isə hamiləliyin 18-ci həftəsindən etibarən mümkündür. […]