Labioplastika

Labioplastika — qadınlarda kiçik cinsiyyət dodaqlarında (labium minor) anadangəlmə və ya çoxsaylı travmatik doğuşlar nəticəsində yaranmış sallanmanın cərrahi yolla estetik bərpası (kiçildilməsi, simmetrikləşdirilməsi) əməliyyatıdır. Labioplastika əməliyyatı bir çox gənc qızların və qadınların şikayətlərini aradan qaldıran, icrası çox asan olan bir prosedurdur. Qadınlarda menstruasiya başladıqdan sonra xarici cinsiyyət orqanlarına aid şikayətləri də başlayır. Adətən qadınlar normal […]

Uşaqlıq xəstəlikləri

  Ən çox rast gəlinən uşaqlıq xəstəliklərinə miomalar, adenomioz, endometrit ( uşaqlığın daxili qatının iltihabı ), Aşerman sindromu, endometrial poliplər və uşaqlığın anadangəlmə anomaliyaları aiddir. Uşaqlığın mioması Miomalar uşaqlığın bağ və əzələ toxumasından inkişaf edən xoş xassəli şişlərdir. Uşaqlığın ən çox rast gəlinən xəstəliyidir. Qadınların 20 – 25 % — ində mioma müşahidə olunur. Tək […]

Sonsuzluq və Müalİcəsİ

Reproduktiv funksiyanın istəkdən asılı olmayaraq azalması sonsuzluq adlanır. Başqa sözlə desək,1 il müddətində qorunmasız və mütəmadi cinsi əlaqənin olmasına baxmayaraq hamiləliyin baş verməməsinə sonsuzluq deyilir.Adətən sterillik termini də sonsuzluq mənasını ifadə edir. Lakin sterillik reproduktiv qabiliyyətin tamamilə itirilməsini ifadə edən termin olub, sonsuzluq qrupunun kiçik hissəsini əhatə edir. Orta hesabla evli cütlüklərin 15% sonsuzdur. Qadınların […]

Menopauza

Qadının yetkinlik dövrü kimi fizioloji olan bu dövrünə klimaks deyilir. Bu dövrdə reproduktiv dövr başa çatır və yumurtalıqların funksiyaları əhəmiyyətli dərəcədə azalır və qadın üçün doğma qabiliyyətinin başa çatdığı bir dövr başlayır. Bu dövrə “klimaks”, əlamətlərinə klimaks simptomları, menopauza sindromları və ya sadəcə menopauza deyilir. Əsasən meydana çıxma səbəbinin yumurtalıqların yaşlanması olması qəbul edilir. Menopauza […]

Sİdİk saxlamazlıq

Qadınlarda gündüz saatlarında və oyaqkən istəyi xaricində sidik ifrazının olması bu başlıq altında qiymətləndirilir. Diaqnozunda sidik saxlamazlığın miqdarı yoxdur: çünki günlük bez istifadə etmək məcburiyyətində olmasına baxmayaraq şikayət etməyən qadınlarla bərabər, damlama şəklində və ya seyrək sidik saxlamazlığı böyük problem olaraq görən qadınlar da vardır. Beləliklə də, sidik saxlamazlıq probleminin böyüklüyü qadının sosial statusu ilə […]

Uşaqlıq boynu və papilloma virusu

Uşaqlıq boynu uşaqlığın uşaqlıq yoluna açılan boyun hissəsidir. Uşaqlıq boynu xərçəngi ginekoloji xərçənglər içində rastgəlmə tezliyinə görə birinci yeri tutur. Xərçəng zəif displaziya ilə başlayır və irəliləyir. Atipik hüceyrə böyüməsi adətən 25 – 35 yaşlarında başlayır. Bu hüceyrələr prekanserogen ( xərçəng öncəsi ) hüceyrələr kimi dəyərləndirilir. Zamanla bu hüceyrələr xərçəng hüceyrələrinə çevrilərək “ carsinoma in […]

Yumurtalıq kİstaları

Yumurtalıqlar kiçik çanaq boşluğunda yerləşmiş orqanlar olub, irsi anomaliyalardan xərçəngə qədər dəyişən çox müxtəlif xəstəliklərə sahib ola bilər. Bunların bir hissəsi hüceyrə çoxalması ilə bağlı problemlər olub, digər hissələri menstrual tsikl boyunca müşahidə olunan, adətən özbaşına sağalan funksional və kistik strukturlardır. Bu səbəbdən də, yumurtalıqlarda rast gəlinin hər kistik strukturlar əməliyyata ehtiyac yoxdur, lakin diferensial […]

Endometrİozİs

Endometriozis reproduktiv dövrdə olan qadınlar arasında rast gəlinən xəstəlikdir. Endometriozis uşaqlıq boşluğunu daxildən örtən endometrium deyilən toxumanın (hər ay menstruasiya zamanı tökülən, embrionun yerləşdiyi qat) qarın boşluğunda başqa yerlərdə (uşaqlıq boruları, yumurtalıqlar, uşaqlıq arxası boşluq, periton, sidik kisəsi, bağırsaqlar) yerləşməsinə deyilir. Xəstəliyə bəzən göz, burun, ağciyərlər, keçirilmiş qarın boşluğu əməliyyatlarından sonra çapıq nahiyəsində də rast […]

Ağrılı menstruasİya — Dİsmenoreya

Ağrılı menstruasiya qadın orqanizmində baş verən fizioloji hadisədir, bir çox qadıınlar bu dönəmdə müxtəlif orqanik və psixoloji narahatçılıqdan şikayətlənərək, mütəxəsislərə müraciət etsələr də, digərləri bu müddəti heç bir şikayət olmadan keçirirlər. Bu fərdiliyin əsasını metabolik, hormonal və psixoloji fərqlilik təşkil edir. Dismenoreya, yəni ağrılı menstruasiya lazımi müayinələr aparıldıqdan sonra effektiv müalicə edilə bilən və bu […]

Menstrual tsİkl və pozğunluqları

Aybaşı tsiklı ilk aybaşıdan (menarxe)  son aybaşıya (menopauza) qədər keçən müddətdə aybaşı qanaxması ilə xarakterizə olunan, məqsədi  mayalanma ilə  nəslin davamı olan və bütün bədənə təsir göstərən hadisələr zənciridir. Aybaşı tsiklı  və ya  aybaşı dövrü bir aybaşı qanaxmasının  ilk günündən növbəti aybaşı qanaxmasının ilk gününə qədər keçən vaxtdır.Aybaşı dövrü deyildiyi zaman qanaxmalı olan müddət və […]