Ailə Planlaşdırması (Kontrasepsiya) nədir?

 

 

Ailələrin istənilən sayda övlad sahibi olmaları üçün tətbiq edilən hamiləlikdən qorunma metodlarına “Ailə planlanlaşdırması” deyilir.

Ailələrtərəfindən tətbiq olunan bir sıra ailə planlanlaşdırması metodları vardır.

Ailəyə uyğun qorunma metodunu ailənin istəkləri, qadının daha əvvəlki mamalıq anamnezi ( hamiləlik ilə bağlı) ginekoloqun tövsiyələri müəyyənləşdirir.

Tibbi ədəbiyyatda hamiləlikdən qorunmağa “kontrasepsiya”, hamiləlikdən qoruyan vasitələrə isə  “kontraseptiv vasitələr” deyilir.

Müasir ailə  planlaşdırması metodları hansılardır?

 

Spiral (UDV,uşaqlıqdaxili vasitə),

Doğuma nəzarət həbləri(oralkontraseptivlər),Prezervativdən(kondom, condom, qılıf)istifadə,Aylıqqorunmaiynəsi (mesigyna)və

Üçaylıqdepoiynəsi (depoprovera)kimi qorunma iynələri,Dərialtı implantlar(norplantvəimplanon),

Kişi üzərində aparılan cərrahi sterilizasiya (vazektomiya)

Qadınlar üzərində aparılan cərrahi sterilizasiya (tuballiqasiya),

Spermaöldürücü (spermisid)gel,

Vaginal fitil və Vaginalkremlərmüasir ailə planlaşdırması metodlarına daxildir.

Birqadının bir aybaşı qanaxmasının başlanğıcından növbəti aybaşı qanaxmasına qədər keçən müddətə “bir menstrual ay (= bir tsikl, period) ”deyilir. Normalda müasir bir qadınınhəyatıboyunca orta  hesabla 420 ədəd aybaşı tsiklı olur.

Xalqarasında «təbii yolla qorunuram «və ya»həyat yoldaşım qorunur»kimi deyimlər ilə tanınan «Geriçəkmə metodu» tibbdə «coitusinterrruptus» adlanır.

Coitus interruptusda uğursuzluq faizinin çox olmasına baxmayaraq Türk cəmiyyətində ən çox üstünlük verilən hamiləlikdən qorunma metodur.

Əhali planlaşdırmas ınədir?

«Əhali planlaşdırması»isə bir ölkənin siyasətinə uyğun olaraq qanunları ilə doğuş qabiliyyətinin məhdudlaşdırılmasıdır.Buölkələrə misal olaraq Çini göstərə bilərik.

Bizim kimi inkişaf etməkdə olan ölkələrdə ailə planlaşdırması metodu olaraq ən çox “Sterilizasiya” deyilən qəti şəkildə axtalaşdırma əməliyyatları və Spiral (UDV ;Uşaqlıqdaxili vasitə)tətbiqedilməkdədir.

İnkişaf etmiş ölkələrdə isə doğuma nəzarət həbləri ilə kişilərdə prezervativləri (kondom, qılıf) kimi vasitələrin istifadəsidaha populyardır.

Nəsilartırma hüquqları və cinsi hüquqlar Bildirişinə görə …

«Beynəlxalq Ailə Planlaşdırması Federasiyası’nın (IPPF)»1995-ci il tarixində qəbul etdiyi “Nəsilartırma Hüquqları və Cinsi Hüquqlar Bildiriş”inə görə (Maddə8);bütün qadınların,nəsilartırma sağlamlığının qorunması, təhlükəsiz analığının təmin edilməsi və hamiləliyi təhlükəsiz başa çatdırabilməsi üçün tələb olunan və bütün istifadəçilər tərəfindən rahat şəkildə əldə edilə bilən, qəbul edilə bilən, istifadəsi mümkün və haqqını rahat şəkildə ödəyə biləcəyi məlumat, təhsil və xidmət alma hüququ vardır.

Bütün fərdlərin təhlükəsiz, effektiv və qəbul edilən doğuşu tənzimləmə vasitələrindən mümkün olduğu qədər çoxunu əldə etmək hüququ vardır.

Bütün fərdlər istənilməyən hamiləliklərdən qorunma vasitələri içərisindən özləri üçün təhlükəsiz olan və qəbul ediləni sərbəst şəkildə seçmək və istifadə etmə hüququna malikdirlər.

Bir təsadüfi cinsi əlaqənin tsiklin ovulyasiya dövründən asılı olmaqla 25 % -ə yaxın yüksək hamiləlik riskinə səbəb olduğu məlumdur.

Ən effektiv  Ailə Planlaşdırmasımetodları hansılardır?

 «Sterilizasiya»deyilən dəqiq axtalama əməliyyatı hamiləlikdən müdafiədə ən effektiv, lakin geri dönüşü olmayan doğuşa nəzarət metodudur.

Qadınlara  tətbiq olunan sterilizasiya metodu  “Boruların liqasiyası (boruların bağlanması)”,yəni yumurtalıqlardan uşaqlığa uzanan,körpü vəzifəsini yerinə yetirən kanalların kiçik bir əməliyyatla bağlanmasıdır.

Kişilərdə isə «Vazektomiya (Boruların bağlanması)», spermaların hazırlandığı xayalar ilə kişi cinsiyyət orqanları arasındakı kanalların kiçik bir cərrahi əməliyyat ilə bağlanması icra oluna bilər. Vazektomiyadan sonra ancaq 6 həftə və ya 15 eyakulyasiyadan ( spermanın boşalmasından) sonra qəti şəkildə axtalanma baş verir. Vazektomiyaya xalq arasında “kişidə sperma axarlarının bağlanması” deyilir.

Aparılan tədqiqatlar bizim kimi inkişaf etməkdə olan ölkələrdə spiraldan istifadənin hamiləlikdən qoruma effektinin doğuşa nəzarət həblərinə görə cuzi də olsa daha çox olduğunu göstərmişdir.

Ancaq unutmaq lazım deyil ki, hansı metoddan istifadə edilirsə edilsin istənilən aybaşı gecikməsində ilk növbədə hamiləlik testi edilməlidir. Çünki heç bir qorunma vasitəsinin 100 %-lik qoruma xüsusiyyəti yoxdur.

Doğuşa nəzarət metodlarındakı uğursuzluğun hesablanma qaydası.

Doğuşa nəzarət metodlarından istifadə edilməsinə baxmayaraq hamiləliyin baş verməsindəki 2 əsas səbəblərdən biri metodun uğursuzluğu, digəri isə istifadəçinin xətasıdır.

Doğuşa nəzarət metodları uğurlu olsa da qaydalara riayət edilmədən tətbiq edildikdə hamiləlik riski artır. Bu səbəblə istifadə qaydasına bağlı hamiləlik risklərinin bilinməsində fayda vardır.

Hansı metoddan istifadə edirsiniz edin menstrual gecikmə və ya hamiləlik əlamətləri varsa, ən qısa vaxt ərzində ginekoloqunuza müraciət etməlisiniz.

Doğuşa nəzarət metodlarının uğur göstəricisi xüsusi bir düstura  görə hesablanır.

100 qadın bir il boyunca bir metod tətbiq edildikdə əmələ gələn hamiləlik sayı «PEARLindeksi»şəklində xarakterizə edilir. Müxtəlif doğuşa nəzarət metodlarının uğur göstəriciləri də bu düstura əsasən müqayisə edilir.

Doğuşa nəzarət metodlarından hansı daha yaxşıdır ?

 Əslində bu sualın cavabı yoxdur. Qorunmaq üçün bir sıra alternativ vasitələr  vardır və seçiləcək metod “şəxsə məxsus” olmalıdır. Münasib metod tapmaq üçün bir ginekoloqa gedərək məsləhət etməyiniz və lazım olarsa, müayinədən keçməyinizə ehtiyac yarana bilər.

Ginekoloji müayinədən sonra hər şəxsə münasib bir doğuşa nəzarət vasitəsi müəyyənləşdiriləcəyi kimi hər kəs üçün ən münasib doğuşa nəzarət həbi və ya ən münasib spiral növü mama-ginekoloq tərəfindən tövsiyə edilərək  tətbiq ediləcəkdir.

Doğuşa nəzarət vasitəsi seçilərkən şəxsin yaşı, doğuş edib etmədiyi,aybaşının ardıcıllığı, vərdişləri, cinsi münasibəti kimi bir sıra amillər rol oynayır. Bu səbəblə ilk növbədə «sizə görə ən münasib doğuşa nəzarət metoduhansıdır? «sualının əvəzinə «mənim üçün ən münasib doğuşa nəzarət metoduhansıdır? «sualı verilməlidir.Bu suala ən düzgün və həqiqi cavabı isə həkiminizlə birlikdə siz və partnyorunuz verəcəkdir.

Turab Canbaxışov