Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb. Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən məlumat verilib. Bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa klinikada hamiləliyi izlənilən pasiyentə ultrasəs müayinəsi zamanı […]
Bakı, 25 yanvar, AZƏRTAC Azərbaycan neonatoloqları daha bir uğurlu əməliyyata imza atıblar. Tibb Universitetindən AZƏRTAC-a bildiriblər ki, keçən il oktyabrın 15-də Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinə 26 həftəlik hamiləliyi sonlandırmaq məqsədi ilə ümidsiz halda hamilə qadın daxil olub. Klinikanın Mama-Ginekologiya şöbəsinə müraciət edən hamilə qadın şöbə müdiri Turab Canbaxışov tərəfindən müayinə edilib. […]
Bakı, 8 dekabr, AZƏRTAC Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimləri ölkəmizdə ilk dəfə hamilə qadının ürəyində əməliyyat apararaq mexaniki klapanı dəyişiblər. Bu, dünyada üçüncü belə uğurlu əməliyyatdır. Bu barədə AZƏRTAC-a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Klinikanın baş həkimi, dosent Asiman Həsənov əməliyyatın uğurla keçdiyini, bunun nəinki Azərbaycan, hətta dünya üzrə böyük bir nəticə […]
Bakı, 16 oktyabr, AZƏRTAC Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında dölün döş qəfəsinə maye yığıldığı üçün ana bətnində olan körpə əməliyyat edilib. ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, uşaq sağlam şəkildə doğulub. Həkimlərin vaxtında müdaxiləsi sayəsində körpənin vəziyyəti hazırda yaxşıdır. Klinikanın ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov qeyd edib ki, hələ ana yeddiaylıq hamilə […]