Media haqqımızda

Kesar kəsiyi əməliyyatından sonra təbii doğuş həddindən artıq təhlükəlidir

Bakı, 4 aprel, Günel Məlikova, AZƏRTAC Son zamanlar media və sosial şəbəkələrdə bəzi həkimlərin reklam xatirinə kesar kəsiyi əməliyyatı ilə ana olmuş xanımlara sonrakı doğuşlarının təbii üsulla keçirilməsinə çağırış xarakterli yazı və verilişlər görürük. Bu qətiyyən səhvdir. Kesar kəsiyi əməliyyatından sonra təbii doğuşun aparılması həddindən artıq təhlükəlidir. Bu doğuş, uşaqlığın cırılmalarına səbəb ola bilər ki, […]

UNİCEF məsləhətçisi körpələrin ana südü ilə qidalanması mövzusunda görüş keçirib

Bakı, 3 aprel, AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında klinika rəhbərliyi ilə UNİCEF-in Azərbaycandakı ictimai səhiyyə və rabitə məsləhətçisi Gleen Laverack arasında görüş keçirilib. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşün məqsədi ingiltərəli mütəxəssisi ölkəmizdə körpələrin qidalanması ilə əlaqədar mövcud vəziyyətlə tanış etmək və bu sahədə UNİCEF-in təqdim etdiyi vasitələrdən yararlanmağın mümkünlüyünü müzakirə […]

14 yaşlı qız üzərində unikal tibbi əməliyyat keçirilib

Bakı, 1 mart, AZƏRTAC Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 14 yaşlı qız üzərində mürəkkəb tibbi əməliyyat həyata keçirilib. Klinikadan AZƏRTAC-a daxil olan məlumata görə, son dərəcə mürəkkəb əməliyyatı Tədris Cərrahiyyə Klinikasının Mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov aparıb. Yeniyetmənin ailə üzvlərinin çoxsaylı müraciətinə baxmayaraq, indiyədək həmin əməliyyatın icrasını öz üzərinə götürən tapılmayıb. Şöbə müdirinin dediyinə […]

Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb

Bakı, 4 noyabr, AZƏRTAC Azərbaycanda ilk dəfə ana bətnində dölə qan köçürülüb. Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən məlumat verilib. Bu ilkə imza atan ATU-nun Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov bildirib ki, pasiyent 1 həftə əvvəl klinikaya müraciət edib. Daha əvvəl başqa klinikada hamiləliyi izlənilən pasiyentə ultrasəs müayinəsi zamanı […]